8:52 PM Varis - 77-ci gün | |
Dil: Azərbaycan Format: .pdf Səhifə sayı: 266 Həcm: 1,18 MB Hər kitabında bir yeniliklə qarşımıza çıxan Varis bununla ədəbiyyatımıza böyük irəliləyiş bəxş edir. 77-ci gün kitabında da bunu müşahidə etmək mümkündür. Əsərdə iki dövrə aid olan hadisələri müəllif dörd bölmə şəklində verir. Hər hissədə dörd müxtəlif həyatın şahidi oluruq. 1937 və 2006-cı illər... Mən, Uşaq Evi, Uşaqlar, O başlıqları altında birləşdirilən müxtəlif həyatlar... Əsəri oxuyarkən təkcə mənəvi zövq almırsan, eyni zamanda geniş məlumat əldə edirsən keçmiş dövr haqqında. Hər zaman repressiya dövrü, o zamankı şərait, yazıb-yaradan ədiblər və günahsız qurbanlar məni düşündürürdü. Bu kitab illərlə qaranlıqda qalmış bir çox suallarıma işıq tutdu. Müəllifin mükəmməl şəkildə təsviri repressiya dövrünü gözlərimiz önündə açır. Ülvi Hənifizadə obrazı ilə o şəraitdə yazıb yaradan, son ana qədər qələmi əlindən qoymayan ədəbiyyatçılarımız ümumiləşdirilib. Sadəcə xoşbəxt bir həyat arzusunda olan, həyat yoldaşı və hələ üzünü görmək qismət olmadığı oğlu ilə birlikdə yaşayacaqları kiçik dünyanın xəyalını quran kövrək təbiətli yazıçı ən çətin anlarında belə ümidini itirmir, haqsız günahlandırmalara, dəhşətli işgəncələrə dözərək gizli şəkildə yazmağa davam edir, doğru bildiyi yoldan dönmür.Ümumilikdə əsərin ideyası çox gözəldir. Kitabın əsası bu sitatla qurulub: “ Yetmiş Yeddi Gün günəşin doğmasını seyr et, yetmiş yeddinci gün sənin də ömrünə günəş doğacaq.”
Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]
| |
|
Total comments: 0 | |