1:04 PM Onore de Balzak - Seçilmiş əsərləri | |
Dil: Azərbaycan Formatı: .pdf Səhifə sayı: 205 Həcmi: 9,4 MB Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır. Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz. Balzak, bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir. Sənətkarın ən böyük vəzifəsi və məqsədi bütün cəmiyyətin tarixini əks etdirməkdir. Bunu isə tipik, səciyyəvi surətlərsiz həyata keçirmək olmaz. Hər hansı tipik surət ancaq tipikliyinin gücü sayəsində nəhəng olur. Balzak, öz epopeyasını yazarkən niyyətinin dərin tarixi mündəricəsini gözəl anlayaraq göstərirdi ki, mənim əsərlərimdə tarixçi fransız cəmiyyətinin özü olacaq, mən isə onun katibi sifətində çıxış edəcəyəm. Bu məqsəddə o, ictimai hadisələrin, nəhəng tiplər yığınının, ehtirasların, əhvalatların, ümumi əsasını öyrənmək, aşkar etmək, bu cəmiyyətin həyatının mənzərəsini, bütün tarixçilərin unutduğu bir sahəni - əxlaq və adətlərin tarixini yaratmaq qərarına gəlir. Balzak, həmin əsası ictimai mühərrik adlandırır və onu əks etdirmək üçün heç bir tipi, kişi və qadın xarakterini, heç bir peşəni, məişət formasını, ictimai zümrəni, heç bir fransız əyalətini, həmçinin uşaqlığı, qocalığı, yetkinliyi, siyasət, hüquq, hərb aləmini unutmamağı əsas kimi götürür. Uydurulmuş faktları deyil, ətrafda baş verən hadisələri, insan qəlbinin, ictimai münasibətlərin tarixini canlandırmağa qərar verir. Öz coğrafiyası, ailələri, məskənləri, şəraiti, iştirakçıları və faktları, gerbi, zadəganları, burjuaları, rəssamları, kəndliləri, siyasətçiləri, ədabazları, ordusu, bir sözlə, bütöv dünyası olan bir abidə yaratmağı qət edir. Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] | |
|
Total comments: 0 | |