11:17 AM
Nehru Cəvahirləl - Ümumdünya tarixinə nəzər

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 173

Həcm: 8,62 MB

“Ümumdünya tarixinə nəzər” kitabı 1930-cu ilin oktyabrı ilə 1933-cü ilin avqustu arasında Hindistanın müxtəlif həbsxanalarında yazılmışdır. Müəllif bu üçillik həbs cəzasına Hındistanın azadlıq mübarizəsində iştirak etdiyinə və öz doğma vətənində Britaniya ağalığına müqavimət göstərdiyinə görə çıxarılan hökmlərə əsasən məhkum edilmişdi.

Pandit Cəvahirləl Nehru məcburi istirahətindən, özünün dediyi kimi, “asudə vaxtından və tənhalığından” ümumdünya tarixi yazmaq üçün istifadə etmişdi. O, “Ümumdünya tarixinə nəzər“ kitabını vaxtaşırı həbsxanaya salındığı üçün təhsilinə rəhbərlik etməyə demək olar ki, imkan tapmadığı cavan qızına məktublar şəklində yazmışdı.

Bu məktublar Nehrunun son ikiillik həbsindən qabaq əldə etdiyi qısa müddətli fasilə zamanı bir yerə cəmlənmişdi; 1934-cü il fevralın 12-də o, yenidən həbsə alınıb “pozuculuq fəaliyyətində” ittihamlandırılaraq məhkum olunmuşdu. Həmin məktublar indi (1939–cu il) Aqra və Aud birləşmiş əyalətlərində yerli idarəetmə və səhiyyə naziri olan bacısı möhtərəm Vicayalakşmi Pandit tərəfindən "Ümumdünya tarixinə nəzər” adlı kitab halında 1934–cü ildə nəşrə hazırlanmışdı.

Kitabın adı çox uğurludur. Bu ad kitabın mahiyyətini açıb göstərir. Kitabın birinci hind nəşri tez satılmış və bir müddət satışda olmamışdır. Lakin kitab Hindistanın hüdudları xaricində geniş yayıla bilməmişdi. 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 
Category: Dərslik, elmi kitablar | Views: 506 | Added by: ADMIN-EKITAB | Tags: nehru cevahirlel, umumdunya tarixine nezer | Rating: 0.0/0
Total comments: 0
avatar