0:44 AM
Nadir Şah - Bioqrafiya

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı:  741

Həcmi:  8,45 MB

Nadir şah 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix 1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir. Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab, fərasətli və bacarıqlı olmasını qeyd edirlər. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyasıtərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlamışdı. 1723-cü ildə I Pyotr Bakıüzərinə yürüş etmiş və Xəzərboyu əraziləri ələ keçirmişdi.

Mənbələrin və tarixi ədəbiyyatın araşdırılması bütün aydınlığı ilə sübut edir ki, Nadir şah orta əsrlər hərb tarixinin ən parlaq simalarından biridir. O, bəşər tarixinin Makedoniyalı İsgəndər, Əmir Teymur kimi sərkər də lə - rinin Asiyadakı uğurlarını təkrar edərək özünə Asiyanın sonuncu böyük fatehi kimi bir ad qazanmışdı. Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir mirasdır.Nadir şah fatehlik və sərkərdəlik əzəməti ilə hərbə yeni məzmun gətirən bir şəxsiyyətdir. O, məğlubedilməzlik simvoluna çevrilməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi. Nadir şah üçün mümkünsüz olan bir hərbi tapşırıq yox idi. Hətta insan zəkasının təsəvvür edə bilmə yə - cəyi qərarları qəbul edərək onların icrasında çox böyük məharət, ustalıq və əzmkarlıq nümayiş etdirən Nadir şah müasirləri üçün əlçatmaz olanməqsədlərə çox asanlıqla çatırdı. Məhz bunun nəticəsi idi ki, Nadir şah Səfəvi dövlətinin az qala yarıya qədər əldən getmiş ərazilərini geri qaytardı, Yaxın Şərqi öz imperiyasına qatmış Osmanlı dövlətinin hərb maşınının qarşısını saxladı, sürətlə güclənməkdə olan Rusiya dövlətini onunla hesab - laşmağa məcbur etdi, Hindistanı, Əfqanıstanı və Türküstanı fəth etdi və özünün yeni imperiyasını yaratdı.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 

Category: Bioqrafiya | Views: 818 | Added by: ADMIN-EKITAB | Tags: nadir şah pdf, bedii kitab yukle, elektron kitab oxumaq ucun proqram, kitab yukle pulsuz, online kitab oxu | Rating: 0.0/0
Total comments: 0
avatar