0:02 AM
Mirzə Ələkbər Sabir - Hophopnamə (2 cilddə)

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: I cild - 472

                   II cild - 380

Həcmi:        I cild -  5,49 MB

                   II cild -  3,34 MB       

        Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şeir­lərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassik­lə­rinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsa­sən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları ki­mi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.

        Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüd­rətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haq­qını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi in­sana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zül­mündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan isti­fa­də edir. Belə əsərlərdə mənfi surətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə gül­dürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.

 - I cild

 - II cild

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Poeziya | Views: 496 | Added by: ADMIN-EKITAB | Tags: hophopnamə 1ci cild, hophopnamə 2ci cild, mirzə ələkbər sabir hophonamə pdf, hophopnamə iki cilddə, hophopnamə pdf | Rating: 0.0/0
Total comments: 0
avatar