5:01 PM
Əli Əkbər - Amneziya

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 172

Həcm: 2,35 MB

Hər şey, sərsəri bir bombanın partlaması ilə başladı.

Yox, müharibə çoxdan bitmişdi, bomba da göydən düşməmişdi. Heç kəs - o cümlədən 3 yaşlı İslamın II Dünya müharibəsinin veteranı olan qəhrəman atası da - yerin dibindən bombanın çıxacağını təsəvvür edə bilməzdi. Talıb Qulamov 1950-ci ildə ali məktəbi bitirən kimi, Odessa şəhərindəki Maşınqayırma zavoduna təyinat almışdı. Odessanın cənub-qərbində, almanların bombalayaraq yerlə bir etdiyi yaşayış məntəqələri – kəndlər və qəsəbələr artıq bərpa olunmuş, həyat normal axarına düşmüşdü. Bərpa olunan rayonlardan biri də, Artsiz rayonu idi. Talıbgilin ailəsinə də bu rayondakı Nadejdovka qəsəbəsində, elə qəsəbənin adına uyğun, ailənin ümid yeri olan bir mənzil verilmişdi. Talıbın işləyəcəyi Maşınqayırma zavodu da, evinin yarım kilometrliyində yerləşirdi. Yeni inşa edilmiş, gözoxşayan üç mərtəbəli “stalinka”nın birinci mərtəbəsində, iki otaqlı mənzil hələ də boya, lak, aseton qoxuyurdu. Talıbın arvadı Ceyranın ilk işi, bütün pəncərə altlarını və balkonu dibçəklərlə bəzəmək olmuşdu. Nadejdovka qəsəbəsinin mərkəzində tikilən dörd üç bloklu “stalinka” kvadrat formada inşa edildiyi üçün, həyətdə geniş bir meydan boş qalmışdı. Sakinlər mənzillərə köçəndən sonra, qəsəbə soveti onlara həyətyanı sahə ilə bağlı göstəriş vermişdi. “Müharibə yenicə bitib, hələ hökumətimiz özünə gəlməyib, çətinliklər var. Bu həyəti də siz abıra salmalısınız. Uşaqlara meydança qurun, özünüz üçün ağaclar əkin. Mərkəzə yazmışıq. Skamyalar, bir-iki dənə də karusel söz veriblər. İş üçün lazım olan bütün alətlər veriləcək...”

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 
Category: Müasir Ədəbiyyat | Views: 516 | Added by: ADMIN-EKITAB | Tags: əli əkbər kitabları, kitab oxu, onlayn kitab, yukle pdf, PDF, ekitab onlayn, eli ekber | Rating: 0.0/0
Total comments: 0
avatar