9:08 PM
İsmayıl Şıxlı - Ölən dünyam


Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 131

Həcmi: 1.1 MB

 
     Azərbaycan ədəbiyyatının gözəl nümayəndələrindən olan İsmayıl Şıxlının “Dəli Kür”dən sonra yazdığı gözəl bir nəsr… Əsərdə
zaman olaraq Azərbaycan SSRİ-nin hələ təzə-təzə yarandığı zaman, məkan isə Qazax rayonu seçilib. SSRİ-nin həyata keçirdiyi
bir sıra tədbirlər vardı ki, bu zahirən xalqın ağ günə çıxmasına xidmət edirdi, ancaq hər şey heç də göründüyü kimi
deyildi. Mərd kişilər, namuslu qadınlar yurdu Azərbaycanın min illik tarixini, mədəniyyətini dəyişməyə çalışan SSRİ ölkəni
vəhşi və savadsız insanlar yığını adlandırırdı. Müəyyən islahatlar və tədbirlərlə guya insanları mədəni həyata
çağırdıqlarını irəli sürsələr də əslində niyyətləri qədim tarix və mədəniyyetimizi məhv etmək idi. Qolçomaqların bir sinif
kimi arada qaldırılması siyasəti nəticəsində neçə-neçə sanballı bəy ailələri, bəylər və ağalar yer və yurdlarından
didərgin salınmış, uzağ Sibirə sürgün edilmişdi. Soy kökləri itirilən, el-obasından uzağ salınan bəylər, onlardan heç də
geri qalmayan və tarix boyu öz igidliyi və namusu ile yadları heyran qoyan Azərbaycan qadınları son damla qanlarına qədər,
ölənə qədər mübarizə aparıb sözün əsl mənasında kişi kimi bu dünyadan getmişlər.
Düşmən qarşısında əyilməyən xalqın içində öz vətəninə xəyanət edən, “sapı özümüzdəndir”lər də az deyil. Necə deyərlər:
Meşə çaqqalsız olmaz.
Xalqımızın tarixinin öyrənilməsində az da olsa rolu olan bu kitab əsl vətənpərvər bir insanın qələmindən çıxmışsa onu
oxumamaq olmaz. 



Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]
Category: Azərbaycan ədəbiyyatı | Views: 1427 | Added by: ADMIN-EKITAB | Tags: kitab portalı, ismayıl şıxlı pdf, ismayıl şıxlı, ismayıl, kitab endir, kitab yukle | Rating: 0.0/0
Total comments: 0
avatar