9:54 PM
İsa Muğanna - İdeal

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 535

Həcmi: 4.64 MB

Xalq yazıçısı İsa Muğanna (Hüseynov) Azərbaycan nəsrinin inkişafında sanballı xidmətləri olan söz sənətkandır. Yeni Azərbaycan nəsrini onun, artıq nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan təsəvvür etmək çətindir. Nəsrimizin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olmaqdan daha çox bu nəsrin yaradıcılarından biri kimi fəaliyyət göstərən yazıçını, odur ki, 60-cı illər nəsli öz sələfləri saymaqda tam haqlıdırlar. İsa Muğanna yaradıcılığının başlıca xüsusiyyəti folklorla, xalqın bədii təfəkkür prinsipləri, estetik və əxlaqi kateqoriyaları ilə dərin bağlılığıdır. Yazıçının, həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən “Yanar ürək” romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olmuşdur. Bu əsərinin mövzusunu müəllif sonralar “İdeal” romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir. Təqdim olunan, yenidən işlənmiş şəkli ilə yaxın və uzaq keçmişimizdən tarixi hadisələrin, alim və filosoflarımızın vətənpərvərlik çarpışmalarının əks etdirildiyi “İdeal” əsərində yazıçı Azərbaycan xalqının ulu tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirmişdir. Fəlakətin həlledici mərhələsi onda başlandı ki, Qrek-Latın quldarlıq qanunları əsasında qurulmuş Vizantiya imperiyası 604-802-ci illərin dünya müharibəsində hərbi qələbələrini daha güclü fatehlik silahı olan Xristianlığın qələbəsinə çevirib, bu dini iki yüz il müddətində öyrənilən müxtəlif dillərin köməyi ilə müxtəlif ölkələrdə müxtəlif variantlarda yaya-yaya, o vaxta qədər planetin əsas - gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm - həqiqət dili kimi mövcud olan OdƏr dilini bir daha rəsmi qadağan etdi; hələ birinci əlliminillik tarixdə, sonra isə Yeni tarixdə (Xristianlığın yayıldığı əsrlərdə) hər cəhətdən təhrifə uğradılan, Kainat həqiqətlərindən uzaqlaşdırılan planetimizdə OdƏr dilində Bağ (insanı insana və bəşəriyyətimizi Kainatın OdƏr bəşəriyyətinə bağlayan Bağ) kəlməsi Qrek-Latın dilində təhrif "Boq" sözü ilə əvəz olundu, SafAğ İnsanın (Bağın) Əli - Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif "Əllah" ("Allah") sözü ilə (təkallahlığla), BağhəmOd (vahid həqiqət Bağı) rütbəsi "Mühəmməd" adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə (təhrif "Muğ", "Mağ" kəlmələrilə adlandırılan, "atəşpərəst" sayılan gizlin Bağlara) məlumdur ki, dinlərin əsasındakı kitablar, o cümlədən "Bibliya" ("Tövrat" - "Tora"), "Yevangeliya" ("Novıy zavet" - "İncil") "Quran"da, vizantiyalıların özlərinin məcburən etiraf etdikləri kimi, "Bağ dilində" - "na bojyem yazıke" (yəni OdƏr dili ilə bu dil əsasında yaranmış Tərik - "Türk" dilində) verilmiş kitabların son dərəcə təhrif tərcümələrindən, uydurmalardan, əfsanələrdən ibarətdir.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Azərbaycan ədəbiyyatı | Views: 247 | Added by: mansurova9980 | Rating: 0.0/0
Total comments: 0
avatar