2:13 PM
Fyodor Mixayloviç Dostoyevski - Cinayət və Cəza

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı:  560

Həcmi:  2,09 MB

“Cinayət və Cəza” Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib.

Bu roman Dostoyevskinin katorqa-dan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrı-nın şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyə-tində qalır. O, hesab eləyir ki, vardövlətin, pulla nələr eləmək gərəkdiyini bil-məyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində ol-ması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq insanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Son- yaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir.

“Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Klassiklər | Views: 600 | Added by: ADMIN-EKITAB | Tags: dostoyevski, cinayet ve ceza pdf, fyodor mixayloviç dostoyevski - cin, cinayet ve ceza | Rating: 0.0/0
Total comments: 0
avatar