10:09 AM
Antuan Dö Sent-Ekzüperi - Gecə Uçuşu

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 62

Həcm: 16.9MB

Ədəbi aləmdə həyatı və yaradıcılığı Sent-Ekzüperidə olduğutək bir-biriylə qırılmaz və üzvi şəkildə bu qədər bağlı ikinci yazıçı adı çəkmək çox çətindir. “Bəşəriyyət səmanın ənginliyini, təyyarəçi lik sənətinin romantikasını Sent-Ekzüperinin romanlan ilə mənimsəmiş, səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, planetimizin gözəlliyini, zərifliyini Sent-Ekzüperi ilə duymuşdur”. Filosof-yazıçıya ilk ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq göjülən “.Gecə uçuşu” əsəri qazandırmışdır. “Gecə uçuşu” Sent- Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq natminə məsuliyyət hissinin aliliyini göstərir. Sent-Ekziipeç«tiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqla^ da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də “Gecə uçuşu”nun səciyyəvi cəhətlərindəndir. ..Versal sülh müqaviləsi imzalanan il, 1919-cu ildə Sent-Ekzüperi liseyi bitirmişdi və ömrünün on doqquzuncu baharını yaşayırdı. Ucsuz-bucaqsız göylərin romantikasına qapılan Sent-Ekzüperi az sonra - 1921 -ci ildə könüllü hərbi xidmətə gedir, hərbi təyyarəçi olur. Kübar ailənin bu övladı 1926-cı ildən İkinci dünya müharibəsi başlananadək poçt daşıyan təyyarələrdə xidmət edir. “Mən insanlara bəslədiyim məhəbbət naminə müharibədə iştirak etmək istəyirəm” deyib müharibəyə qoşulur. İkinci dünya müharibəsində hərbi təyyarə sürür. İdarə etdiyi təyyarə dəfələrlə dəhşətli qəzaya uğrayır, özü isə hər dəfə ağır yaralanır. Yaşının çoxluğuna görə ona qırıcı aviasiyada xidmət qadağan olunur, ancaq o, təyyarədən ayrılmır; ömrünün son illərində aldığı yaralar üzündən təyyarə sükanı arxasında yalnız yoldaşlarının köməyi ilə otursa belə, Sent-Ekzüperi həyatının sonunacan öz sevimli peşəsinə sədaqətini qoruyub saxlayır... 1944-cü ildə məşhur təyyarəçi-yazıçı kəşfiyyat uçuşundan geri qayıtmır; Parisin faşist işğalından azad olunduğu 1944-cü ilin iyul ayında artıq o, həyatda yox idi. 1929-cu ildə işıq üzü görən “Cənub poçt təyyarəsi” ilə Antuan dö Sent-Ekzüperi bir yazıçı kimi məşhurlaşmış və ömrünün sonuna qədər təyyarəçiliklə yanaşı, yazıçılıqla da məşğul olmuşdur. Yaradıcılığı fransız ədəbiyyatı tarixində özünə möhkəm yer etmiş yazıçının bütün fəaliyyəti iki dünya müharibəsi arasında ötən iyirmi illik zamana təsadüf edir. Bizi həmin dövrdən uzun illər ayırsa da, bəzilərinin sadəlövh və dəbdən düşmüş saydığı Sent-Ekzüperi yaradıcılığı mahiyyət etibarilə bütün ultramodem “avanqard- çılar”ın yazdıqlarından daha müasirdir. Ədəbi aləmdə həyatı və yaradıcılığı Sent-Ekzüperidə olduğu qədər bir-biriylə qınimaz və bu qədər üzvi şəkildə bağlanan ikinci bir yazıçının adını çəkmək çox çətindir. “Bəşəriyyət səmanın ənginliyini, təyyarəçilik sənətinin romantikasını ilk aeroplanlann uçuşu ilə deyil, Sent-Ekzü- perinin romanları ilə mənimsəmişdir. Bəşəriyyət səmadan Yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, ilk dəfə planetimizin gözəlliyini, zərifliyini Sent-Ekzüperi ilə duymuşdur”. Məşhur təyyarəçi Sent-Ekzüperi aynimaz tellərlə bağlı olduğu yazıçı Sent-Ekzüperinin əsərlərində təsvir etdiklərindən də qat-qat çətin vəziyyətlərə düşmüş, hər dəfəsində isə imtahandan alnıaçıq çıxmışdır. Sent-Ekzüperinin bütün əsərlərinin qəhrəmanı elə yazıçının özüdür; özü olmasa belə yoldaşlarıdır. Yazıçı bütün qəhrəmanlarının keçirdiyi duyğulan eynilə yaşamış, çəkdiyi əziyyətləri də çəkmişdir. Sent-Ekzüperi əsərlərində heç bir insan idealı uydurulmayıbdır, çünki həmin idealı uydurmağa gərək də yox idi. O idealı yazıçı öz daxili aləmində, silahdaşlannda tapmış və bədii obrazlarla əyaniləşdirməyi bacarmışdı. Yazıçı özü də dönə-dönə etiraf edirdi: “Məni yazılanmda axtann”.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Dünya ədəbiyyatı | Views: 403 | Added by: javid-1435 | Rating: 0.0/0
Total comments: 0
avatar