7:48 PM
Aligyeri Dante – İlahi Komediya

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 297

Həcm: 11.7MB

Dante yaradıcılığının zirvəsi xələfləri tərəfindən "İlahi komediya" adlandırılmış "Komediya" (ehtimala görə 1307-1321) poemasıdır. "Röya" formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf (təmizlik)", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir. Məcazi, rəmzi ifadə tərzi poemanın bütün cəhətlərində özünü göstərir. Xristianlığın əsas ehkamı üqnum ilə əlaqədar 3 rəqəmi və onun müxtəlif hasilləri əsərin quruluşuna, məzmununa güclü təsir göstərmişdir. Poema 3 hissədən, hər hissə 33 nəğmədən ibarətdir. Əsərdəki rəmzlərin 3 mənası (hərfi, dini-əxlaqi və siyasi) var. Müqəddəs üçlük təsəvvürü hətta, Dante şerinin şəklinə də nüfuz etmişdir: poema tertsin (müsəlləs) formasında yazılmışdır. İntibah ədəbiyyatına, fəlsəfi görüşünə xas olan dünyəvi ruh, həyata, insan taleyinə dərin maraq Dante humanizminin əsasını təşkil edir. Dante bütün italyan xalqının arzu və istəklərinin ilk carçısıdır. Daxili çəkişmələr nəticəsində zəifləmiş İtaliya və Florensiyanın tarixi taleyi üçün narahat olan Dante papa və kardinalları "Cəhənnəmdə", öz dostlarını isə "Cənnətdə" yerləşdirir. Əsər dünya dillərinin çoxuna, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur. 1966-cı ildə SSRİ EA-nın dünya mədəniyyəti tarixi üzrə elmi şurası yanında daimi Dante komissiyası yaradılmışdır. Əsərdə İslam dininin yaradıcısı Məhəmməd peyğəmbər və onun əmisi oğlu Əli ibn Əbu Talib poemanın “Cəhənnəm” hissəsinin “İyirmi səkkizinci nəğmə”sində günahkar kimi xatırlanırlar. Həmçinin, xristian olmayan bir çox filosoflar və alimləri də cəhənnəmdə göstərilir. Onlar haqqında “Cəhənnəm”in dördüncü nəğməsində bəhs edilir və alimlərin cəhənnəmin birinci dövrəsində olduqlarını yazır. Dante Sokrat, Platon, Demokrit, Diogen, Miletli Fales, Anaksaqor, Zenon, Empedokl, Heraklit və başqa filosoflarla, alimlərlə yanaşı İbn Sina və İbn Rüşdün də cəhənnəmin birinci dövrəsində olduğunu bildirir.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Klassiklər | Views: 476 | Added by: javid-1435 | Rating: 0.0/0
Total comments: 0
avatar