10:05 AM
Xalid Hüseyni - Min möhtəşəm günəş

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 214

Həcm: 2.05 MB

Otuz ilə yaxındır ki, əfqan qaçqınlarının problemi dünyada ən kəskin problem olaraq qalmaqdadır. Müharibə, aclıq, anarxiya, zülm kitabdakı Tariq və onun valideynləri kimi milyonlarla adamı öz evlərini tərk edib qonşu Pakistana və İrana qaçmağa məcbur edib. Kütləvi deportasiyanın ən qızğın çağında səkkiz milyon əfqan xaricə mühacirət edib. İndi Pakistanda iki milyondan artıq əfqan qaçqını var.
Ötən bir il (2006 – Tərc.) ərzində mənə dünyanın ən nüfuzlu humanitar agentliklərindən biri olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında ABŞ-ı təmsil etmək şərəfi nəsib olub. BMT Qaçqınlar üzrə Ali Komissarının mandatına qaçqınlara münasibətdə əsas insan hüquqlarını qorumaq, fövqəladə vəziyyətlərdə yardım və qaçqınların yeni, təhlükəsiz şəraitdə yaşayışına dəstək vermək daxildir. Qaçqınlar üzrə Ali Komissarlıq, ümumiyyətlə, yad ölkələrdə yaşayan iyirmi milyon insana yardım edir. Bunlar təkcə əfqan qaçqınları deyil, həm də Kolumbiya, Burundi, Konqo, Çad, Sudanın cənubundakı Darfur regionundan olan qaçqınlardır. Ali Komissarlıqda fəaliyyət, qaçqınlara yardım əhəmiyyətli olduğu qədər, mənim üçün də şərəfli bir vəzifə, mənalı həyat təcrübəsi oldu.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 

Category: Dünya ədəbiyyatı | Views: 1385 | Added by: ADMIN-EKITAB | Tags: min mohtesem gunes xalid huseyni, ekitab yukle, xalid huseyni, pdf yukle, pulsuz kitab yukle, min mohtesem gunes pdf, kitab endir | Rating: 0.0/0
Total comments: 0
avatar