4:30 PM
Varis - Nə səninlə nə də sənsiz

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 28

Həcm: 220 KB

 

Varis
Qara üzlü dəftərçədir. Titul səhifəsində şəklidir. Binaya söykənərək onun
qarşısındakı pilləkəndə dayanıb. Divarda kimlərsə qara rənglə baş hərfləri və sevgi
işarələri yazıblar, ürək şəkli çəkiblər. Onun həyatında artıq bu işarələr heç bir
önəm daşımır. Çünki onun sevgisi indi ölüb, yoxdur. Divarda sual işarələri də var.
Bax bu sual işarələri birbaşa ona aiddir. Çünki həyatı, xüsusən indiki dönəmi
büsbütün müəmmalıdır.
Mənə 2 dəftər verib. İkinci dəftərsə bozdur. Təkidlə xahiş edir ki, taleyini yazım.
«Sonuncu ölən ümidlərdir» romanının qəhrəmanı Nailənin oxucular arasında
hədsiz populyarlığını görüb ürəklənib. Deyir mənim taleyimi yazsanız, ondan da
maraqlı bir əsər yaranar.
Əslində, heç mənim müdaxiləmə ehtiyac da yoxdur. Özü hər şeyi yazıb, aydın,
səlis. Ora-burasına azacıq düzəliş verib oxucuların ixtiyarına buraxıram.
Onun həyat tarixçəsinə elə dəftərçəsindən tapdığım bu misraları isə epiqraf
seçirəm:
Həyat bir gün.
O da bu gün.
Nə səninlə,
Nə də sənsiz...

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 

Category: Detektiv. Macəra | Views: 681 | Added by: ADMIN-EKITAB | Tags: varis yolcuyev, ne seninle ne de sensiz, varis yol ayricinda azib qalanlar p, varis sene inaniram pdf | Rating: 0.0/0
Total comments: 0
avatar