11:02 PM
Uilyam Şekspir - Hamlet

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 229

Həcmi: 1.09 MB

BİRİNCİ PƏRDƏ BİRİNCİ SƏHNƏ Elsinor. Qəsrin önündə bir meydan. Fransisko keşikdə dayanıb. Bernardo ona yaxınlaşır. Bernardo. Orda kim var? Fransisko. Dayan, sən özün kimsən? Bernardo. Yaşasın kral! Fransisko. Bernardo? Bernardo. Mənəm. Fransisko. Növbənə gəlmisən lap öz vaxtında. Bernardo. Gecə yarı oluıb, get yat, qardaşım. Fransisko. Çox sağ ol ki, məni əvəz elədin. Donmuşdum, qəlbim də bərk darıxırdı. Bernardo. Növbən necə oldu, sakit keçdimi? Fransisko. Gözə görünmədi bir siçan belə. Bernardo. Yaxşı, xudahafız, di get, əzizim. Sonə rast gəlsələr Horatsio, Marsel, Tələsdir, növbəyə gecikməsinlər. Fransisko. Deyəsən, onlardır. Dayanın, kimdir? (Horatsio ilə Marsel daxil olurlar). H o r a t s i o. Vətən oğulları. M a r s e 1. Kral nökərləri. Fransisko. Mən getdim, hələlik. M a r s el . Yaxşı yol, dostum. Yerində kim qaldı? Fransisko. Odur, Bernardo. Sağ olun, gecəniz xeyrə qalsın. Gedir.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Dünya ədəbiyyatı | Views: 212 | Added by: mansurova9980 | Rating: 0.0/0
Total comments: 0
avatar