5:43 PM
Rable Fransua - Qarqantua və Pantaqruel


Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 153

Həcmi: 12,5 MB

Fransua Rable yeni dövr Avropa romanının banisidir. Fransız İntibahının əsas problemləri, fransız humanizminin mahiyyəti Rable yaradıcılığında öz əksini tapmışdır. Onun “Qarqantua və Pantaqruel” romanı orta əsr Avropa ədəbiyyatının populyar janrlarına – cəngavərlik romanlarına, kralların və sərkərdələrin bioqrafiyalarına, dini sxolastikaya, hüquqşünasların bəlağətli nitqlərinə parodiyadır.
Əsərin əsas personajı olan Panurqu kələkbazlıq romanlarının qəhrəmanlarından biri hesab etmək olar. Romanın süjeti, obraz və ifadələri xalq deyimlərindən, folklor düşüncəsindən qaynaqlanır.
“Qarqantua və Pantaqruel”in poetikası üçün xalq romanlarından, mifoloji təfəkkür tipindən İntibah realizminə keçid səciyyəvidir. Süjeti ölüm və gülüş, ölüm və yemək, ölüm və içki motivlərinin üzərində qurulan bu fəlsəfi əsərin mahiyyəti kef-damaq içində, müdrik və şən yaşam tərzindən ibarətdir.
Roman çoxplanlılığı ilə fərqli janrları və üslubları ehtiva edən qeyri-adi struktura malikdir ki, bu da onun oxucu kütləsini artırır.



Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]
Category: Klassiklər | Views: 274 | Added by: ADMIN-EKITAB | Tags: pdf yukle, onlayn kitab oxu, pdf indir, pulsuz pdf, PDF, kitab portali, EPUB, pulsuz kitab yukle, bedava kitap | Rating: 0.0/0
Total comments: 0
avatar