4:57 PM
Rəşad Nuri Güntəkin - Çalıquşu

Dil: Azərbaycan

Format: .pdf

Səhifə sayı: 376

Həcm: 10,6 MB

“Çalıquşu” romanını Rəşad Nuri Güntəkin 1922-ci ildə qələmə alıb. Roman 5 hissədən ibarətdir. Sonuncu hissə xaric (V hissə) bütün hissələr Fəridənin dilindən gündəlik şəklində qələmə alınıb. 

“Gəldiyin gündən bəri gecə bilmirsən, gündüz bilmirsən, yazırsan, hey yazırsan. Bu nə bitib tükənməyən yazıdır! Məktub desən, məktub deyil, məktub dəftərə yazılmaz. Kitab desən, kitab deyil, bizim bildiyimizə görə, kitabı saçlı-saqqallı üləmalar yazar. Sən barmaq boyda uşaqsan. Axı, belə durub dincəlmədən nə yazırsan?”

Romanın əsas qəhramanı “Çalıquşu” ləqəbli Fəridədir. Ona bu ləqəbin verilməsi onun şıltaq təbiətindən irəli gəlir. Fəridə o dövrün türk qızlarının simasıdır. O, kiçik yaşında ata və anasını itirir, Dame de Sion adlı yerdə təhsil alır. Çalıquşu həm şıltaq, çılğın, həm də iradəli, duyğusal, savadlı bir obrazdır. Atası vəfat etdikdən sonra o xalasının himayəsində böyüyür, xalasıoğlu Kamrana nişanlanır. Nişan müddətində Kamran 4 illiyə Avropada işə gedir, Fəridə isə bu müddətdə məktəbi bitirir. Toylarına üç gün qalmış qara çarşablı bir qadın Kamranın Münəvvər adlı bir qadına evlilik vədi  verdiyini Fəridəyə çatdırır. O, bir məktub yazaraq – “Kamran bəy əfəndi, “Sarı çiçək” romanını başdan-başa öyrəndim. Bir də ölənədək bir-birimizi görməyəcəyik. Sənə nifrət edirəm” – bir vaxtlar lazımsız bildiyi diplomunu da özü ilə birlikdə götürərərək Anadoluya müəllimlik etmək ümidi ilə qaçır. Bu yolda onun qarşısına çoxlu çətinliklər çıxır, o diyar-diyar gəzmək, daim məktəb dəyişdirmək məcburiyyətində qalır. Bu məcburiyyətlər isə onun gözəl və gənc olmasından irəli gəlir. Hər getdiyi yerdə insanlar ona  müxtəlif ləqəblər – “Gülbəşək”, “İpək qurdu” qoyurlar. “Çalıquşu” çox həssas, incəqəlbli, namuslu olduğundan harada olmasından yerdən asılı olmayaraq haqqında artıq söz çıxarılan yerdə qalmır, dərhal başqa yerdə işləməyə gedirdi.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 

Category: Dünya ədəbiyyatı | Views: 521 | Added by: ADMIN-EKITAB | Tags: resad nuri guntekin caliqusu pdf yu, pdf kitab yukle, pdf kitab endir | Rating: 0.0/0
Total comments: 0
avatar