0:16 AM
Müslüm Maqomayev - Bioqrafiya

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı:  170

Həcmi:  2,61 MB

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] 

Category: Bioqrafiya | Views: 367 | Added by: ADMIN-EKITAB | Tags: bedii kitab yukle, elektron kitab oxumaq ucun proqram, müslüm maqomayev biblioqrafiya, online kitab oxu, kitab yukle pulsuz | Rating: 0.0/0
Total comments: 0
avatar