2:04 PM
Mixail Şoloxov - Sakit Don (4 cilddə)


Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: I cild - 219

                   II cild - 207

                   III cild - 219

                   IV cild - 251


Həcmi:        I cild - 40,1 MB

                   II cild - 22,6 MB

                   III cild - 33 MB

                   IV cild - 37.8 MB


Kazakların məişəti, Birinci Dünya Müharibəsi, sevgi, faciə, ailə dramları, xəyanət, sədaqət, qırğınlar, aclıq, mükəmməl təbiət təsvirləri, ehtiras, fanilik, əbədilik...

Bütün bunlar əsərdə bir-birinə sıx bağlıdır. Müharibədən qayıdan kazaklar adətə uyğun olaraq öz furajkalarını Don çayına atırlar. İnsanlar doğulur, insanlar ölür,
müharibələr baş verir, idarəetmə sistemləri dəyişir... Don çayı isə əbədidir. Hər şey onun yanında fani görünür.

Şoloxov əsərdə açıq-saçıq səhnələr yaratmayıb, amma biz onun necə ehtiraslı bir yazıçı olduğunu əsərdə dəfələrlə görürük. Təbii, bir çox məsələləri
anlamırdım. Zaman keçdikcə hadisələr anlamadığım məqamları bir-bir mənə izah etməyə başladı. Və bir insanın təbiəti, qadınları, kişiləri bu qədər yaxından
tanıması, buna necə nail olması bir cavabsız sual olaraq qalmaqdadır. Şoloxovun təbiət təsvirləri mükəmməldir. O, qədər mükəmməldir ki, adam otun, çiçəyin
iyisini, atın tərini belə əsəri oxuyarkən hiss edir. Belə mükəmməl təsvirlərin nəticəsində nəinki mənzərələri dolğun olaraq görürsən, həm də hiss edirsən. Təsvir
olunan tarlaların, çəmənliyin, meşənin iyisi burnuna dolur, istini, sərinliyi, soyuğu, bürkünü öz canında hiss edirsən. Haldan-hala düşürsən.

Bu mənada Şoloxov çox yüksəkdə dayanır. Təbiət təsviri yarışında ona yalnız rus yazıçısı Bunin yaxınlaşa bilər. Bir az da Aleksey Tolstoy.

 
- I cild
 - II cild
 - III cild
 - IV cild

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]
 
Category: Klassiklər | Views: 633 | Added by: ADMIN-EKITAB | Tags: mixail şoloxov, pulsuz yüklə, sakit don, pdf yüklə | Rating: 0.0/0
Total comments: 0
avatar