9:14 PM
Mark Tven - Seçilmiş əsərləri

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 464 

Həcmi:  3,46 MB

1876-ci ildə “Tom Soyerin macəraları” povestini bitirən yazıçını bir sual narahat edirdi: Bu əsər kimin üçün, -böyüklər,  yoxsa uşaqlar üçündür? Yazıçı bu suala özü belə cavab verir: “Bu əsər həm uşaqlar, həm də böyüklər üçündür”. Yazıçının fikrincə, bütün yaşdan olan oxucular burada öz istədiklərini tapa bilərlər. 

M.Tven öz əsərlərini yazarkən, F.Rablenin “Qarqantua və Pantaqruel”, M.Servantesin “Don Kixot”, C.Sviftin “Qulliverin səyahəti” və D.Defonun “Robinzon Kruzo” romanlarının ümumi səciyyəsini, bədii üslubunu örnək kimi götürmüşdü. Belə ki, bütün bu əsərlər eyni zamanda həm yaşlı, həm də gənc oxucular tərəfindən maraqla qarşılanır.

Mark Tvenin ölümündən 100 ildən çox vaxt keçsə də, əsərləri öz təravətini qoruyub saxlayır, oxunur və sevilir. Onun “Tom Soyerin macəraları” (1876) “Şahzadə və dilənçi” (1882), “Missisipidə keçən həyat” (1883), “Heklberri Finnin sərgüzəştləri” (1884), “Qoruyucu mələyə məktub” (1887), “Fərsiz Vilson” adlı əsərləri bütün dövrlər üçün aktualdır və bu gün oxucuların sevimli kitabları sırasında yer alır.

 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Klassiklər | Views: 497 | Added by: ADMIN-EKITAB | Tags: mark tven pdf, seçilmiş əsərləri, mark tven | Rating: 0.0/0
Total comments: 0
avatar