2:39 PM
İsmayıl Şıxlı - Seçilmiş əsərləri (2 cilddə)

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: I cild - 405

                    II cild - 402

Həcmi:         I cild - 3,64 MB

                    II cild - 3,11 MB

Əziz oxucular! Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan İ.Şıxlı gözəl hekayələr, roman və povestlər ustasıdır. O, “Ayrılan yollar, “Dəli Kür”, “Ölən dünyam” romanları, “Qızıl ilan”, “Namərd gülləsi”, “Təyyarə gecikir” hekayələri, əfsanə və rəvayətləri, publisistik məqalə və çıxışları ilə oxucuların rəğbətini qazanmışdır. Yazıçının qələmə aldığı hekayələri iki xarakterik mövzu ilə diqqəti daha çox cəlb edir: zamanın qaydaları ilə yaşayan, hər hansı çətinlik qarşısında sarsılmayan, ruhdan düşməyən qəhrəmanlarla üz-üzə gəlir, digər tərəfdən yazıçı üzünü keçmişə tutur, mövcud əfsanə və rəvayətlərə müasir ideya işığında baxır, oxuculara tərbiyəvi, əxlaqi fikirlər aşılayır.

Yazıçının hekayələrinin qəhrəmanları sanki bir amal uğrunda yaşayırlar: təmiz vicdan, əxlaqi saflıq, mənəvi kamillik onların başlıca şüarıdır.

İsmayıl Şıxlı bu fani, gedimli-gəlimli dünyada şərəfli, qibtə ediləcək bir ömür yaşadı. O, öncə əsl vətəndaş , sonra görkəmli yazıçı, müəllim, fəal ictimai xadim kimi yaddaşlarda qaldı. İsmayıl Şıxlı 76 il ömür sürdü. Lakin bu illərdə İsmayıl Şıxlı çox məhsuldar işləməsə də, bir yazıçı ömrünü əbədiləşdirəcək əsərlər yazdı.

 - I cild

 - II cild

 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Poeziya | Views: 491 | Added by: ADMIN-EKITAB | Tags: şıxlı, ismayıl, ismayıl şıxlı pdf, ismayıl şıxlı | Rating: 0.0/0
Total comments: 0
avatar