7:03 PM
Fyodor Mixayloviç Dostoyevski - İdiot

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı:  744

Həcmi:  5,58 MB

Böyük yazarın ilk böyük romanı sayılan “İdiot”, Dostoyevskinin insanın daxili problemləri və cəmiyyət qarşısındakı durumunu ən çılpaq şəkildə qələmə aldığı əsərlərindən biridir. 1868-ci ildə tamamlanan “İdiot”un qəhrəmanı, eynilə Dostoyevski kimi epilepsiya xəstəliyinə mübtəladır. Müalicə üçün getdiyi İsveçrədə üç il müalicə aldıqdan sonra Peterburqa əldən düşmüş halda qayıdan Knyaz insanlardan xeyli uzaqlaşdığını və öz iç dünyasına qapandığını hiss edir. Dostoyevski bu romanıyla ideal bir insan olaraq yaşamanın çətinliklərinə toxunur, ictimai dəyərlərin pozulmasını bütün çılpaqlığıyla göstərir. Sözün bütün mənalarında dünyanın bütün gəlib-keçmiş zamanlarının ən gözəl psixoloji eşq romanı olan “İdiot”, Dostoyevskiyə xas usta romançılığın ən mükəmməl nümunələrindəndir. 150 ilə yaxın bir müddətdə dünyanın hər yerində təkrar-təkrar nəşr edilən bu kitaba oxucu marağı qətiyyən azalmır, əksinə, daha da sevilərək oxunur.

 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Klassiklər | Views: 438 | Added by: nhasanova2018 | Tags: seçilmiş, Idiot, fyodor dostoyevski | Rating: 0.0/0
Total comments: 0
avatar