5:49 PM
Elladanın qəhrəmanları

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 152 

Həcmi:  1,11 MB

     Oxuculara təqdim olunan bu kitaba dünya xalqlarına zəngin bir irs qoyub getmiş ellinlərin - qədim yunanların mifologiya qəhrəmanlarından Yazon və Herakl haqqında əsatirlər daxil edilmişdir. 

     Birinci əsatirdə qızıl yun dalınca Kolxidaya yollanan arqonavtlar və onların başçısı Yazondan danışılır... Çar Eetin tələbi ilə Yazon ağızlarından alov püskürən öküzləri qoşub torpağı şumlamalı, əjdahanın dişlərinin bu sahəyə səpilməsindən əmələ gələn dəmir döyüşçülərlə vuruşmalı idi. Kolxida çariçası Medeyanın köməyi ilə Yazon qalib çıxmış, onunla evlənmiş və qızıl yunlu qoç dərisini Yunanıstana aparmışdı.

     İkinci əsatirdə isə yunan miflərinin ən güclü qəhrəmanlarından sayılan Heraklın on iki qoçaqlığından, o cümlədən, Nemeya şirini, Lerna hidrasını öldürməyindən, amazonlara qalib gəlməyindən və s. bəhs edilir. Herakl tükənməz fiziki gücün təcəssümü, mərdlik, qorxmazlıq nümunəsidir.

     Hər iki əsatirdə Elladanın qəhrəmanları obrazı ilə qədim dünyanın idealları əks olunmuşdur.

 

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200]

Category: Fantastik | Views: 362 | Added by: ADMIN-EKITAB | Tags: elladanın qəhrəmanları pdf | Rating: 0.0/0
Total comments: 0
avatar