2:19 PM
Çingiz Abdullayev - Mənim Gözəl Alibim

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 130

Həcmi: 2.92 MB

“Mənim gözəl alibim” əsəri bir kriminal şəxsin həyat hekayəsidir. Əsərin baş qəhrəmanı muzdlu qatildir (killer). O, öz güzəranını başqa kriminal ünsürləri, parazitləri, haramxorları, caniləri öldürməklə qazanır və hətta buna görə təkcə yüksək “qonorar”la yanaşı həzz də alır. Bu əsərdə kriminal cəmiyyətdə çoxlarının – asayişi təmin etməli olan poqonluların da, bank-maliyyə sektoruna daraşmış fırıldaqçıların da adi quldurlardan fərqlənmədiyini göstərir. Bu cür cəngəllik qanunları ilə baş girləyən cəmiyyətdə bu sayaq “nüfuzlu, imkanlı, sərt adamlar”ın da təhlükəsizlikləri sual altındadır. Onlar qanunları tapdaya, qanun keşikçilərini pulla ala bilərlər, amma onları da bir əli olmayan muzdlu qatil öldürür. Çünki ona sifariş belə verilib. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılmış “Mənim gözəl alibim” əsəri oxucuların xoşuna gələcək. Onlar bir killerin yaşantıları və düşüncələri, eləcə də aqibəti ilə tanış olacaqlar.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] [B666]

Ek alanı
Category: Detektiv. Macəra | Views: 305 | Added by: mansurova9980 | Rating: 0.0/0
Total comments: 0
avatar