2:21 PM
Çingiz Abdullayev - Andorra Sevməli və Ölməli Yerdir

Dil: Azərbaycan

Formatı: .pdf

Səhifə sayı: 186

Həcmi: 4.28 MB

Dünyanın səkkiz ölkəsindən – Amerikadan, Rusiyadan, Fransadan, Almaniyadan, Çindən, İsraildən, İrandan və İngiltərədən olan ən yaxşı kəşfiyyatların peşəkar agentləri çox mühüm bir tapşırıq əsasında balaca Andorraya yığışıblar. Onlar əhalisinin sayı cəmisi otuz altı min olan bu gözəl ölkənin sakit və dinc paytaxtındakı oteldə yaşayırlar. Amma Andorraya gəldikləri elə ikinci günün axşamı İngiltərə kəşfiyyatının təcrübəli agenti mister Mortimerin öz nömrəsində çox müəmmalı şəkildə zəhərləndiyi məlum olur. Ertəsi günsə ikinci dəhşətli hadisə baş verir – Almaniya kəşfiyyatının agenti frau Şerner öz çarpayısında boğulmuş vəziyyətdə tapılır. Nə baş verir? Bu müəmmalı qətlləri kim törədir? Hadisə yerində heç bir iz buraxmayan peşəkar qatil kimdir? Nəinki dəhşətli zorakılıqların, ümumiyyətlə, adi cinayətlərin də baş vermədiyi bu firavan ölkədə iki gün ərzində iki qətlin baş verməsi indiyəcən görünməmiş ağlasığmaz bir şeydir. Təəssüf ki, Andorra polis komissarının ciddi axtarışları heç bir nəticə vermir. Üstəlik də, qətllər səngimək bilmir, qatili tapmaqsa heç cür mümkün olmur. Peşəkar agentlər bu müəmmalı ölümlərin sirrini açmaq və qətlə yetirilən həmkarlarının qatilini tapmaq üçün özləri işə girişməli olurlar. Lakin bundan sonra hadisələr daha kəskin xarakter almağa başlayır. Heç kəsin ağlına gəlməyən qatillərin kimliyisə yalnız əsərin sonunda bəlli olur. Amma necə?! Oxucu bu sualın cavabını romanla tanışlıqdan sonra biləcək.

Kateqoriya prefiksi: AZ[7000] AZ[7200] [B666]

Category: Detektiv. Macəra | Views: 337 | Added by: mansurova9980 | Rating: 0.0/0
Total comments: 0
avatar