Sizləri salamlayırıq Əziz Dərin İnternetin Dərin Oxuyucuları!

Bəzi azsaylı istifadəçilərimizin xahişi, həmdə düzgün bildiyimiz üçün Saytımızın bazasını DeepWEBə inteqrasiya etdik. Bekləki, Saytımıza həm www.e-kitab.org adresindən normal brauzerlərdən girə bilər, həmçinin p5xqi45cay6qba62kp5tnggvoy2rpvkobuhva5vwrhxokr3da7ulciad.onion adresindən TOR Brauzer vasitəsi ilə girə bilərsiniz.

Başdan başlamaq lazımdırsa, DeepWEB digər adı ilə DarkWEB, Dərin İnternet, DeepWEB 1 ci səviyyə dedikdə başa düşməyə bilərsiz. Ancaq bu haqqda internetdə məlumat çoxdur. Axtarıb maraqlana və əlavə məlumatlar ala bilərsiz.

Tez-tez verilən suallar:

Sual 1: .onion saytınıza daxil olum?

Cavab1:

1) Tor Brauzeri istədiyiniz dili seçib kompyuterinizə endirin : https://www.torproject.org/download/download-easy.html.en

2) Endirmə prosesi birdikdən sonra Tor Brauzerin adres çubuğuna : 

p5xqi45cay6qba62kp5tnggvoy2rpvkobuhva5vwrhxokr3da7ulciad.onion

adresini yazıb daxil olun.

3) Qarşınıza çıxan saytla www.e-kitab.org saytının heç 1% belə fərqli yada artıq yanı yoxdur. Anonim olaraq saytımızdan kitab endirimləri üçün istifadə edə bilərsiniz.

Sual 2: Niyə Tor Brauzer? Nə qədər güvənlidir?

Cavab 2: Ona görə ki, Tor brauzer hamıya tanış olan Mozilla-firefox brauzeri üstündə açıq kodla qurulmuş Fərqli proxy alqoritimlərindən istifadə edərək sizin İP adresinizi (yerinizi) hər hansı bir sayta daxil olarkən ən az 5 ölkə dəyişdirərək, gizliliyinizi qoruyur. Güvən söhbəti isə hələdə sual doğuran gündəmdə olan suallardan biridir. Ona görə ki, Tək TORdan istifadədə güvənli olmaq 50/50 yə sayıldığı üçün məsləhətdir ki, əlavə olaraq VPN dən də istifadə edin.Amma çoxda vacib deyil.

Və sonda onu deyə bilərik ki, Birləşmiş Millətlər Təşkilatı da dediyi kimi, internetdə anonim gəzmək hüququna bütün dünya vətəndaşları malikdir. Bu fikirlə tam razıyam və sizədə məsləhət görürəm ki, elə indicə kompyuterinizin vebkamerasına qara skoç yapışdırıb lap anonim qalın!
 

Xüsusi qeyd:

Bildiyiniz kimi saytımız açıldığı gündən bəri bu -  www.ekitabem7km6ldvt.onion domain adı ilə onion mirror olaraq fəaliyyət göstərirdi. Texnoloji inkişafdan geri qalmamaq üçün saytımızın yeni v3 onion domain adını istifadəyə verdik. Beləliklə yeni domainimiz bu - p5xqi45cay6qba62kp5tnggvoy2rpvkobuhva5vwrhxokr3da7ulciad.onion olacaq. Tor brauzerinizdə favorite sayt etməyi unutmayın! daim anonim qalın!

DeepWeb və anonimlik haqqında daha ətraflı məlumat üçün CERT.gov.az dan oxuya bilərsiz: https://cert.gov.az/az/article-view/60